“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsən rayonunda vətəndaşları qəbul edib
07 noyabr 2024 | 16:18
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 7-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Daşkəsən şəhərində Daşkəsən və Göygöl rayonlarından olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini anıblar.
Qəbul zamanı sakinlərin "Azərişıq" ASC-nin fəaliyyət istiqamətlərinə aid müraciətləri dinlənilib.