“AZƏRBAYCAN RESPUBLİKASINDA QİDA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ DAİR 2019-2025-Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI”NDA NƏZƏRDƏ TUTULMUŞ TƏDBİRLƏRİN ƏLAQƏLİ İCRASI İLƏ BAĞLI ONLAYN MÜŞAVİRƏ BAŞ TUTUB
Aprelin 7-də “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda tapşırıqların əsas icraçı qurumu olan Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə sözügedən tədbirlərin icrası zamanı qarşıya çıxan problemlərin və tədbirlərin icra vəziyyətinə əsasən müzakirələrin aparılmasına dair onlayn müşavirə təşkil olunub.
Onlayn müşavirədə Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin, Daşkəsən Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbər və məsul işçiləri iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 29.04.2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda 12 tədbir üzrə yerli icra hakimiyyəti orqanları da həmicraçı qismində göstərilib.
Müşavirədə həmin bəndlərin Daşkəsən rayonunda icra vəziyyəti, habelə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini