Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

6 noyabr – Azərbaycan televiziyası və radiosu günüdür

06 noyabr 2024 | 09:08

1926-cı ilin noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

1953-cü ildə isə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.

Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni televiziya qülləsinin tikintisinə 1981-ci ildə start verilib. 1996-cı ildə Bakı Televiziya Qülləsi istismara verilib.

Ölkə ərazisində analoq TV yayımı 2016-cı il dekabrın 20-də tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi rəqəmli TV yayımla əhatə olunub. Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də yayımlanır.

Vətən mühatibəsindən sonra 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri, Xocalı, Ağdam, eləcə də işğaldan azad olunmuş ətraf yaşayış məntəqələrində bərpa edilib.

Ümummilli Lider Heydər Əliyevin res­publikamızda hakimiyyətə hər iki gəlişi milli teleradionun inkişafı, onun dünya sə­viyyəsinə yüksəlməsi baxımından tarixi mərhələlər olmuşdur. Hər iki dövrdə efir jurnalistikanın maddi-texniki bazası müa­sirləşdirilmiş, peşəkarlıq səviyyəsi, cəmiyyət həyatında rolu və audi­toriyaya təsiri əsaslı surətdə artmışdır.

Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyeva kütləvi informasiya vasitələrinin bütün sahələrinin inkişafına, maddi-texniki bazasının yaxşılaşdırılmasına, televiziya və radio işçilərinin sosial rifahının yüksəldilməsinə hər zaman diqqət və qayğı göstərirlər.

Hazırda 98 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranması günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 6 noyabr – Azərbaycan televiziyası və radiosu günü münasibətilə televiziya və radio işçilərinin peşə bayramlarını səmimi-qəlbdən təbrik edir, məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər