Daşkəsən şəhərinin küçələri koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yuyulur
Koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayon İcra hakimiyyətinin tabeliyində olan xüsusi texnikalar vasitəsi ilə Daşkəsən şəhərinin küçələrinin yuyulması işləri aparılır.
Bu prosses şəhərin bütün əsas və məhəllə yollarını əhatə edir.
Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, pilləkənlərdə, meydançalarda və sakinlərin daha çox olduğu yerlərdə dezinfeksiyaedici tədbirlər aparılır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin rəhbərliyi ilə yaradılmış Qərargah tərəfindən bu tədbirlərin icrası daimi nəzarətdə saxlanılır.