Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ İCMA ƏSASLI SOSİAL REABİLİTASİYA MƏRKƏZİ YARADILIB

11 sentyabr 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında respublikanın rayon və şəhərlərində olduğu kimi Daşkəsəndə də sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin yaradılmasında məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud daşkəsənli uşaqlara icma əsaslı reabilitasiya xidmətləri göstərmək, valideynlərin məlumatlandırılması, erkən müdaxilə, inklüziv təhsil, asudə vaxtın təşkili və s. proqramlar vasitəsilə əlil uşaqlara və onların valideynlərinə kömək etməkdir.
İxtisaslaşmış "Səma və Eko" Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə ilk növbədə funksional qiymətləndirmə aparılmaqla, uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları da tətbiq edilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir: sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf).
Mərkəzin reabilitasiya fəaliyyətlərində uşaqların ailə üzvlərinin, xüsusilə valideynlərinin iştirakı təmin olunur. Bərabər imkanlar yaratmaq məqsədilə mərkəz könüllülər, yerli icra orqanları, bələdiyyələr, QHT-lər, həmçinin kütləvi informasiya vasitələri ilə də əlaqə yaradıb.
Fəaliyyətə başladığı vaxtdan bu günə kimi Daşkəsən rayon icma əsaslı sosial reabilitasiya mərkəzinin autizm, daun sindromu, serebral iflic, əqli gerilik, hiperaktiv və digər xəstəliklərdən əziyyət çəkən müxtəlif yaş qruplarında 30 üzvü vardır. Fiziki və əqli qüsurlu bu cür uşaqlarla mərkəzin 3 xüsusi ixtisaslı işçi məşğul olur.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər