Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən RİH-i Başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018 –ci ilin yekunlarına və 2019 – cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

23 yanvar 2019 | 16:00

Daşkəsən RİH Başçısının Şəhər inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin inzibati binasında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rəhbərliyi ilə keçirilən hesabatda rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon sakinləri iştirak etmişlər.
Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai – sosial – iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub. Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi ötən il bütün dünyada gərginlik içində keçsə də, Azərbəycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub.
Nüsrət Vəliyev bildirmişdir ki, 2018-ci ildə Daşkəsən şəhəri ərazisində də abadlıq və quruculuq işləri geniş miqyas almışdır.
Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzərə alıb rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə  istinad divarları bəzək daşları ilə üzlənmiş və səkilərin müasir qaydada tikintisi başa çatdırılmış, şəhərin girəcəyinin görünüşünü tamamilə gözəlləşdirmişdir. Bundan başqa Daşkəsən şəhərinin bəzi küçələrində səkilərə yeni asfalt örtüyü salınmışdır.
Bundan əlavə şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənmişdir. Heydər Əliyev meydanında və Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılaraq səliqə-səhman yaradılmışdır.
Şəhərin meydan və küçələrinə yeni işıqlandırma sistemləri quraşdırılaraq tam müasirləşdirilmişdir.
Daşkəsən rayonunda 2018-ci ildə güclü təbii fəlakət hadisəsi baş vermişdir. Həmin təbii fəlakət nəticəsində şəhər və qəsəbələrdə yaşayış və inzibati binaların dam örtükləri tamamilə bərbad hala düşmüşdür.
Təbii fəlakətin vurmuş olduğu zərərin aradan qaldırılması üçün rayon İcra Hakimiyyətinin Başçısı dəfələrlə Respublikanın Baş Nazirinin və Fövqalədə Hallar Nazirinin qəbulunda olaraq məsələlər  qaldırmış və zərərin aradan qaldırılması üçün lazimi köməkliklərin göstərilməsinə nail olmuşdur. Görülmüş tədbirlərin nəticəsidir ki, şəhər və qəsəbələrdə həmin çoxmərtəbəli yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilərək müasir tipli metal lövhəli (çerepisa) şiferlərlə əvəz edilmişdir.
Hesabat dövrü ərzində Şəhər nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Görülən tədbirlərin müsbət nəticəsi ondan ibarət olmuşdur ki, nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında xeyli dönüş yaranmışdır.
Bu gün Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunur.
Nümayəndəliyin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılaraq zibil qutuları ilə təmin edilmiş və gündəlik zibil tullantılarının daşınması təşkil edilmişdir.
Hesabat dövrü ərzində Daşkəsən şəhərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ yeni ağacların əkilməsi və onlara qulluğun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.Belə ki, şəhərin girəcəyində yaradılmış meşə zolağına, məktəb və yaşayış binalarının ətrafına hesabat dövründə sərv, şam ağacları və gül  kolları əkilmişdir.
Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara yüksək səviyyədə qulluq göstərilmişdir.
      Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev çıxışına davam edərək hesabat dövrü ərzində işlərində olan nöqsanlardan da söz açmışdır.
O, məruzəsinin sonunda yığıncaq iştirakçılarını və  Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi əmin etmişdir ki, cari ildə fəaliyyətlərini yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində səfərbərliyə almaqla icra orqanları qarşısında qoyulmuş vəzifələr səviyyəsində yerinə yetirəcəklər.   
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhər ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağında geniş və məzmunlu nitq söyləmişdir. Bildirmişdir ki, ölkəmizdə gedən bütün bu uğurlu inkişafın, nailiyyətlərin ilham mənbəyi məhz Ulu öndər Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasətinin nəticəsidir. Azərbaycan xalqı bu mənada xoşbəxt xalqdır ki, onun dünya şöhrətli cənab İlham Əliyev kimi qurucu, yaradıcı, beynəlxalq aləmdə öz nüfuzu ilə seçilən Prezidenti vardır. Azərbaycanı və eləcə də ölkəmizin bütün regionlarını xoş gələcək gözləyir.
2019-cu ildə qarşıda duran vəzifələrdən də danışan Əhəd Abıyev bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret tapşırıqlar qoyulduğunu bildirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində bundan sonra da tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə təlimat və tapşırıqlarını verib.

Keçidlər