Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yenə də hamıya nümunə oldu

25 iyul 2013 | 15:00

Səhiyyə Nazirliyinin müvafiq əmrinə uyğun olaraq respublikamızın şəhər və rayonları üçün tərtib olunmuş qrafikə əsasən qanvermə aksiyaları davam edir.
Növbəti qanvermə aksiyası Daşkəsən rayonunda baş tutdu. 500 nəfərdən çox rayon sakini aksiyada könüllü iştirak etmək üçün müraciət etmişdi. Onlar müayinə olunduqdan sonra qan veriblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev başda olmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri təşəbbüsə qoşulublar.
İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bildirmişdir ki, qan vermək insan sağlamlığına xidmət edən amillərdən biridir və verilən qan 2 ay müddətinə orqanizmdə bərpa olunur. Başçı daha sonra qeyd etmişdir ki, aksiya zamanı toplanan qan bankı talassemiya və qan azlığından əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
Səhiyyə Nazirliyinə və bu aksiyanın təşkilatçılarına şəxsən öz adımdan və rayon sakinləri adından minnətdarlığımı bildirirəm.
Rayon İcra Hakimiyyətinin Başçısı əlavə edərək bildirdi ki, ildə 2 dəfə qanvermə aksiyası  təşkil olunsun və digər şəhər və rayon rəhbərlərini də bu təşəbbüsə qoşulmağa çağırdı.

Keçidlər