Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAP DAŞKƏSƏN RAYON TƏŞKILATININ VIII KONFRANSI UĞURLA BAŞA ÇATDI.

16 may 2013 | 15:00

 

Bu gün YAP Daşkəsən rayon təşkilatının VIII konfransı öz işinə başlamışdır. Konfransı giriş nitqi ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq nümayəndələri və qonaqları salamlamış, Yeni Azərbaycan Partiyasının 21 il ərzində gördüyü işlərdən, xalqın böyük etimad və hörmətini qazanmasından, keçdiyi şərəfli yoldan danışmışdır. O, hesabat məruzəsində qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası dövrün və zamanın tələblərindən yaranmışdır. Hər birimiz canlı şahid olaraq ölkəmizin müstəqillik qazandıqdan sonra  düşdüyü çətinlikləri, problemləri, daxili və xarici düşmənlərin əhatəsində ölüm, ya qalım anlarını yaxşı xatırlayırıq. Həmin vaxtlarda  Müstəqil Azərbaycanın taleyi sözün həqiqi mənasında bir tükdən asılı qalmışdır.

Belə bir gərgin anda Heydər Əliyev  talenin göndərdiyi xilaskar kimi,  xalqımızın təkidli tələbi  ilə Azərbaycana gəldi. Bu gəlişi ilə Ulu Öndərimiz apardığı müdrik daxili və xarici siyasət nəticəsində indiki xoş gün-güzəranımız üçün  etibarlı bir bünövrə hazırladı. Torpağını, xalqını sevən hər kəs indi yaxşı görür ki, Heydər Əliyev   siyasəti Azərbaycanda yüz illərə hesablanmışdır.

Yeni Azərbaycan Partiyasının ölkəmizin  ictimai -siyasi həyatında böyük  tarixi  xidmətlərinin vurğulayan məruzəçi  daha sonra bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən bu uğurlu siyasət  dövrün, zamanın tələblərinə uyğun çox böyük siyasi ustalıqla davam etdirir. Heydər Əliyev siyasi kursuna sədaqət  möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ümumxalq sevgisi, hörməti qazandırmışdır. Möhtərəm Prezidentimizin gözəl bir  kəlamı vardır. “Bizim siyasətimiz bizim işimizdir”.  Bəli, Prezidentimizin bu gün gördüyü bütün işlər göz qabağındadır. Beynəlxalq əhəmiyyətli tədbirlərin  paytaxtımız Bakı şəhərində keçirilməsi, Avropanın musiqi yarışmasının paytaxtımızda yüksək səviyyədə təşkili, Azərbaycanın  BMT-də təhlükəsizlik şurasının  üzvü kimi sədrlik etməsi və digər beynəlxalq əhəmiyyətli tədbirlərin, layihələrin Azərbaycanda uğurla həllini tapması  əbədiyaşar Heydər Əliyev siyasətinin təntənəsidir və qələbəsidir.

Daha sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirdi ki, indi rayonumuzda YAP üzvlərinin 4028 nəfərdir.Həmin insanların əksəriyyətini gənclər təşkil edir. Real faktları konfrans iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, heç bir yerdə işləməyən gənclər belə könüllü surətdə Heydər Əliyevin yaratdığı partıyaya böyük həvəslə, sevinclə üzv olurlar.

Daşkəsən rayonunda  siravi kəndli, əkinçi belə bu siyasəti dəstəkləyir, sevir, qarşıdan gələn Prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi olacaq  möhtərəm Prezidentimizə  səs verəcəklərini  ürəklərinin hökmü ilə bəri başdan açıq ifadə edirlər. Bax, bu Daşkəsən rayonunda Prezidentimizə olan ümumxalq sevgisinin, məhəbbətinin bariz nümunəsidir. Hər bir daşkəsənli görür ki, ölkə rəhbərinə, onun daxili və xarici siyasətinə   bu sevgini, hörməti,  ideoloji  təminatı əməli işləri ilə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək təşəbbüsləri ilə Yeni Daşkəsən layihəsinin icrasını təmin etməklə Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yaratmışdır.  Rayonumuzda əvvəllər aparılan tikinti, abadlıq, əsaslı təmir işləri barmaqla sadalanırdısa, indi bütövlükdə rayonu əhatə edən əsaslı təmir, tikinti, abadlıq işlərini saymaqla qurtarmaq olmur. Daşkəsən rayonu böyük bir tikinti meydançasını xatırladır.

Konfransın gündəliyində duran Prezident seçkilərinə hazırlıqla bağlı  YAP Daşkəsən rayon təşkilatı olaraq biz az iş görməmişik. Təsdiq olunmuş plana uyğun olaraq seçicilərin siyahısı dəqiqləşdirilmiş, məntəqələrdə səliqə-səhman işlərinin aparılmasına başlanmış, partiya fəallarının  ideoloji cəhətdən hazırlanması üçün lazımi  təlimati tədbirlər  görülmüşdür. Mərkəzi seçki qərargahının rayon şöbəsi formalaşdırılmışdır. Biz YAP Daşkəsən rayon təşkilatı olaraq öz namizədimizi bütün varlığımızla müdafiə etməyə, Azərbaycanı uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimizə daim dəstək olmağa hazırıq.

Məruzə ətrafında Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev və “Səs” qəzetinin redaktoru   Bəhruz Quliyev çıxış etmiş,  Azərbaycanda Heydər Əliyev siyasətinin xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və  bu işdə  Yeni Azərbaycan Partiyasının yaratdığı ideoloji təminatı dəfələrlə qeyd etmişlər.

Sonra Yeni Azərbaycan Partiyasının V qurultayına  Daşkəsən rayonundan 4 nəfər nümayəndə seçilmiş, YAP sıralarına qəbul olan gənclərə vəsiqələr təqdim edilmişdir.

YAP Daşkəsən rayon təşkilatının VIII konfransı öz işini yüksək siyasi fəallıq şəraitində başa çatdırmışdır.

                                                       

Keçidlər