Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ombudsman E.Süleymanova vətəndaşları fərdi qaydada qəbul etmiş, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşmüşdür

04 may 2013 | 15:00

 

DAŞKƏSƏNLİLƏRLƏ  OMBUDSMANIN    GÖRÜŞÜ  YÜKSƏK

  FƏALLIQ  ŞƏRAİTİNDƏ  BAŞA  ÇATMIŞDIR

 

 

         Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın daşkəsənlilərlə olan görüşü rayon Mədəniyyət evində yüksək siyasi və hüquqi fəallıq şəraitində başa çatmışdır.

 

         Bu, təsadüfü deyildir. Daşkəsənlilər neçə vaxtı idi ki, bu əlamətdar görüşün təsiri ilə Ombudsmanın görüşünə hazırlaşmışdılar. Görüşü giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açaraq qeyd etmişdir ki, Elmira xanım kimi ağbirçək, həqiqəti, reallığı sevən, Beynəlxalq aləmdə xalqımızı, vətənimizi layiqincə təmsil etmək iqtidarında olan, belə bir insanla görüşümüz yəqin ki, tarixi bir məqam kimi hər birimizin gəlbimizdə yaşayacaqdır.

 

         Ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət proqramının icrası ilə bağlı, eləcə də rayonumuzda insan hüquqlarına olan münasibət və diqər məsələlər barədə indi Sizin görüşünüzə gələn Elmira xanım Süleymanova ilə açıq dialoqda olub, maraqlandıran suallarla müraciət etmək imkanımız yaranmışdır.

 

         Sonra İcra Hakimiyyətinin Başçısı qeyd etdi ki, rayonumuzda insan hüquqları müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının icrası ilə bağlı ötən il tədbirlər planı hazırlanmış, həmin tədbirlər hal-hazırda İcra Hakimiyyəti Aparatında nəzarətdə  saxlanılır və icrasına xüsusi fikr verilir.

 

         Giriş nitqindən sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (OMBUDSMAN) ölkəmizdə insan hüquqları ilə bağlı son illər görülən böyük işlərdən, beynəlxalq aləmdə Azərbaycanın bu sahədəki uğurlarından, uzun illərə hesablanmış ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin özünü təsdiqindən danışmış, ulu öndərimizin siyasi varisi kimi möhtərəm Prezidentimizin Heydər Əliyev kursunu dövrün zamanın tələblərinə uyğun yaradıcılıqla davam etdirməsindən, Azərbaycan xalqının 92 % - dən çoxunun məhz cənab İlham Əliyevi dəstəkləməsindən danışmışdır.

 

Natiq daha sonra qeyd etmişdir ki, mən sevinirəm ki, Heydər Əliyev siyasi məktəbində yetkinləşmiş, zəngin təcrübə toplamış, qurucu, yaradıcı, özünə və daim qarşıdakılara qarşı həmişə tələbkar olan çox hörmətli başçınız cənab Əhəd Abıyev yorulmaz gərgin əməyi, təşəbbüskarlığı, xalqa olan diqqət və qayğısı ilə Siz daşkəsənlilər arasında Heydər Əliyevin müdrik daxili və xarici siyasətinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda və xaricdəki uğurlarına böyük ideoloji təminat yaratmışdır. Daşkəsəndə aparılan geniş tikinti, abadlıq, quruculuq işləri, xalqla, insanlarla yaradılan səmimi münasibətlər, mehriban görüşlər məni çox sevindirdi.

 

Ombudsmanının hüquqi təlimata və insan hüquqlarının qorunmasına xidmət edən dərin məzmunlu məruzəsi ictimai dinləmənin iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanmışdır. İştirakçıların bir neçəsi onları maraqlandıran suallarla müraciət etmiş, hərtərəfli izahat və cavablara  görə minnətdarlığını bildirmişdir.

 

Ombudsmanının dərin məzmunlu nitqindən sonra Daşkəsən rayon prokuroru Elman Süleymanovun, Polis şöbəsinin rəisi Elsevər Aslanovun, Rayon Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun hesabat xarakterli çıxışları dinlənilmişdir. Ombudsmanın  E.Süleymanova bəzi vətəndaşları fərdi qaydada qəbul etmiş, sonra isə Daşkəsən rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşmüşdür.    

 

Maraqlı və yadda qalan görüşə, hüquqi təlimata və zənginlliyə xidmət edən məruzəyə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev Elmira xanım Süleymanovaya daşkəsənlilər adından razılığını bildirmiş, minnətdarlıq etmişdir.

 

Sahib Əhmədov

 

Respublika Jurnalistlər

Birliyinin üzvü

Keçidlər