27 sentyabr – Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarətləri davam etdirilir.
27 sentyabr - Anım Günü ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühahizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ictimaiyyət nümayəndələri ilə birgə şəhid ailələri ilə görüşlər keçirir, qayğıları ilə maraqlanır, ərzaq və maddi yardımlar edir və müraciətlərini dinləyirlər.
Şəhid ailələrinin ziyarətləri zamanı möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının sosial qayğılarının daim diqqət mərkəzində saxlanıldığı, onların müraciət və problemlərinin operativ həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.