22 sentyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda 14 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, qaraj yeri üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, fərdi evinin qapı və pəncərələrinin təmiri, dərmanlarının alınmasına kömək olunması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll edilib, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verilərək, xidmətin əlçatanlıq və üstünlükləri qeyd olunub və https://rih.gov.az/ platformasından istifadə etmələri tövsiyə edilib.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.