Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 2011-ci il uğurla başa vurulmuşdur

30 dekabr 2011 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı şəhərin mərkəzində ucaldılmış ulu öndərimiz Heydər Əliyevin abidə kompleksinə gülqoyma mərasimi ilə başladı.
Gülqoyma mərasimindən sonra rayon mədəniyyət evində davam etdirilən hesabat yığıncağında dövlət himni səsləndirildi. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev hesabat yığıncağına aşağıdakı sözlərlə başladı :
- Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxili və xarici siyasət , həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, mövqeləri daha da möhkəmlənmişdir.Ötən səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz azalmışdır, büdcə xərcləri təxminən 20 dəfə artmışdır.
Sonra İcra Başçısı Daşkəsən rayonunda qazanılan nailiyyətlərdən də danışaraq bildirdi ki, rayon iqtisadiyyatının əsas sahələrində - sənayedə əvvəlki ilə nisbətən artım 2 dəfə, kənd təsərrüfatı məhsulları 21,9 faiz, nəqliyyat üzrə 9,6 faiz, ticarət və ictimai-iaşə xidmətləri üzrə 19,4 faiz, rabitə xidmətləri üzrə 2 faiz çox olmuşdur. Ötən bir ildə 228 nəfəri daimi olmaqla 278 nəfər işlə təmin olumuşdur. Yola saldığımız 2011-ci ildə Daşkəsəndə sənaye müəssisələri üzrə çalışan işçilərin orta aylıq əmək haqqı 313 manat, dövlət sektorunda isə 149,9 manat təşkil etmişdir. Rayonda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə də daimi diqqət və qayğı göstərilir.Onların ehtiyac və qayğılarının ödənməsi daimi nəzarətdədir.
Ölkədə aparılan sürətli abadlıq,tikinti, yenidənqurma işlərindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi idarəçilik nümunəsindən, qurucu fəaliyyətindən danışaraq qeyd etdi ki, ötən il Daşkəsəndə də bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq- quruculuq işləri aparılmışdır.Cari ildə həmin işlər daha geniş vüsət alacaqdır.
Ötən il rayonunun girişində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq işləri görülərək gözümüzü, könlümüzü oxşayan Bayraq meydanı və istirahət mərkəzi olan park yaradılmışdır.Daşkəsən şəhərinin əhalinin gur məskunlaşan ərazisində “Yeni həyat” xeyir-şər evi tikilmiş, daşkəsənlilərin istifadəsinə verilmişdir.Ötən il oktyabr ayının 12-də həmin xeyir-şər evində 100 nəfərdən çox uşağa daxili imkanlar hesabına kiçik toy (sünnət toyu) mərasimi keçirilmişdir. Daxili imkanlar hesabına şəhərin “Cümə” Məscidi əsaslı təmir edilmişdir
Hesabatda xüsusi vurğulanmışdır ki, görülən bu işlərin əksəriyyəti demək olar ki, daxili imkanlar hesabına həyata keçirilmişdir. Sonra İcra Başçısı Daşkəsən şəhərinin Heydər Əliyev, İ.Qayıbov küçələrinə və “Yeni Həyat” xeyir-şər evinin ətrafına asfalt örtüyü salınmasından, Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilməsindən, rayon Baytarlıq idarəsinin inzibati binasının, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati binanın və Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının tikilərək istifadəyə verilməsindən, şəhərdə qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisində son tamamlama işləri görülməsindən, rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisinə başlanılmasından söhbət açaraq bildirdi ki, cari ildə rayonumuzda görüləcək daha böyük tikinti, əsaslı təmir, yenidənqurma işləri nəzərdə tutulmuşdur.
Rayonda Hidrometoloji Stansiyanın yeni binasının tikintisi və avadanlıqlarla təmin olunması üçün təkliflərin hazırlanması məqsədilə aidiyyəti üzrə mütəxəssislər rayona dəvət olunmuşdur.
Şəhərin sel-sularının təsirindən dağılmış, sıradan çıxmış obyekt və qurğuların,müxtəlif su kanalizasiya sisteminin təmiri üzrə işlər görülmüşdür.
Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hazırda bu sahə üzrə işlər davam etdirilir .
Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır.
Qeyd etmək istərdim ki, Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta və Quşçu kənd tam orta məktəbləri müasir avadanlıqlarla təmin olunmuşdur. Quşçu qəsəbəsində qəza vəziyyətində olan 6 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmişdir.
Daşkəsən şəhərində çoxmərtəbəli 10 binanın dam örtüyü dəyişdirilmiş, şəhərin küçələrindəki istinad divarlarında təmir işləri aparılmışdır.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrində qəza vəziyyətində və təmirə ehtiyacı olan 35-dən artıq yaşayış evlərinin bərpa və təmiri üzrə layihə-smeta sənədləri hazırlanır.
2011-ci ildə rayon ərazisində dəfələrlə təbii fəlakətlər olmuş və təbii fəlakətlər nəticəsində yollara, elektrik, rabitə təsərrüfatlarına, sosial obyektlərə, evlərə, əhalinin əkin, biçənək sahələrinə, mal-qarasına ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə bir sıra işlər görülmüşdür.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
2011-ci il ərzində Rayonda dərman bitkilərinin tədarükü, cır meyvə emalı, ət və yun emalı sahələrinin, balıqçılıq təsərrüfatının və istirahət zonasının yaradılması nəzərdə tutulur
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda Daşkəsən rayonuna aid cəmi 20 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu bölmələrində və 15-i isə Daşkəsən rayonu bölməsində nəzərdə tutulmuşdur.
Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə nəzərdə tutulan görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri üçün 2 ədəd 4 mərtəbəli,16 mənzilli yaşayış binalarının tikintisi 2010 və 2012-ci illərdə nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin veridiyi məlumata əsasən aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.
«Azərsu» Səhmdar Cəmiyyəti «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi məlumata əsasən Daşkəsən rayonu üzrə aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulduğu bildirilmişdir.
- Daşkəsən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması (2009-2010-cu illər). Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
- Kəndlərin su təchizatının yaxşılaşdırılması (Quşçu, Quşçu qəsəbə, Quşçu körpü, Bayan, Yuxarı Daşkəsən, Alunitdağ qəsəbəsi) (2010-2013-cü illər)
- Uzunluğu 22km olan Xoşbulaq-Daşkəsən içməli su kəmərinin yenidən qurulması (2010-2013-cü illər)
- Əmirvar, Qazaxlı, Gurbulaq, Zəylik, Muşavaq, Kəmərqaya, Aşağı Daşkəsən, Zinzahal, Dəstəfur, Qıyıqlı, Qaraqollar, Alaxançallar, Zağalı, Xoşbulaq, Qazaxyolçular, Çıraqlı, Mollahəsənli, Qabaqtəpə, Rəsullu, Pirverdilər, Təzəkənd və Astaf kəndlərinin su təchizatının bərpa olunması (2010-2013-cü illər)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2009-2013-cü illərdə
- 80 çarpaylıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi – artıq 2011-ci ildə tikinti işləri başa çatdırılaraq obyekt istifadəyə verilmişdir.
- Yuxarı Daşkəsən qəsəbəsində həkim məntəqəsinin,
- Zağalı, Əhmədli, Zivlən, Çanaqçı və Çıraqlı kəndlərində tibb məntəqəsinin tikintisi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda Gənclər Üçün Təlim və İstirahət Mərkəzinin tikintisi (2010-2012-ci illər). Hazırda tikinti işləri davam etdirilir.
- Gənclər evinin tikintisi 2012-2013-cü illərdə
- İdman zalının tikintisi 2013-cü ildə nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda tikintisi və təmir-bərpası nəzərdə tutulan mədəniyyət obyektləri aşağıdakılardır.
- Daşkəsən şəhərində Rəsm Qalereyası və Mərkəzi kitabxana binalarının tikintisi, Uşaq İncəsənət məktəbi, Tarixdiyarşünaslıq Muzeyi binalarının əsaslı təmiri və Quşçu kəndindəki monastrın bərpası (2013-cü il)
- Qabaqtəpə, Dəstəfur, Bayan kəndlərindəki Alban Məbədləriinin bərpası və rayonun bir sıra kənd kitabxana binalarının təmir-tikintisinə isə 2014-cü ildə başlanılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası «Azərenerji» ASC-nin verdiyi məlumata əsasən Daşkəsən rayonu ərazisində 6-10 kV-luq elektrik verilişi xətlərinin, 6-10/0,4 kV-luq transformator məntəqələrinin yenidənqurulmasını və 0,4 kV-luq hava xətlərini özüdaşıyan izolyasiyalı naqillə (SİP) əvəz olunması 2010-2013-cü illərdə nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin verdiyi məlumata əsasən uzunluğu 31 kilometr olan yerli əhəmiyyətli R-20 (36 km Daşkəsən) –Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri 2011-2012-ci illərdə Azərbaycan Respublikasının regionlarında bəzi kəndlərarası avtomobil yollarının bərpası üzrə Proqrama daxil edilmişdir.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi «Azəriqaz» QSC «Təbii qazın qəbulu və satışı» MMC-nın verdiyi məlumata əsasən «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Daşkəsən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması üzrə texniki iqtisadi hesabat hazırlanmışdır.
Daşkəsən rayonu üzrə təbii qazın ödənişindən daxil olan vəsaitin həcmi «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən hazırlanmış texniki iqtisadi hesabata uyğun işlərin icrasına imkan vermədiyinə görə maliyyə mənbəyinin həllindən asılı olaraq növbəti illər ərzində «Təbii qazın qəbulu və satışı» MMC tərəfindən işlərin mərhələlərlə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.
2011-ci ildə rayonun Xoşbulaq kəndində 90 abonentə təbii qaz verilmiş və hazırda işlər davam etdirilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Daşkəsən rayonu üzrə nəzərdə tutulmuş aidiyyəti sahələrdə inkişaf strategiyası istiqamətində (texniki göstəriciləri nəzərə almaqla) sahələr üzrə müvafiq layihə tədbirlərinin hazırlanmasında səlahiyyətli nümayəndələrinin cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir.
Əsas icraçısı Daşkəsən rayon İcra Hakimiyyəti olan Daşkəsən şəhərində küçələrin asfalt örtüyünün yenidən salınması (Dövlət Proqramındakı sıra №-si 4.3.4.54)
Azərbaycan Respublikası “Azəristiliktəchizat” ASC-nın verdiyi məlumata əsasən Daşkəsən rayonunda ilkin olaraq nəzərdə tutulan qazanxanaların bərpası aşağıdakılardır:
- Mədənçilər küçəsindəki yaşayış evlərinin qazanxanasının (0,3 QKal/saat) bərpası (2012-ci il)
- Şah İsmayıl Xətai küçəsindəki yaşayış evlərinin qazanxanasının (0,4 QKal/saat) bərpası (2013-cü il)
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə 18 təklif aidiyyəti üzrə təqdim olunmuşdur.
2011-ci ildə rayonun sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli üzrə yeni layihələr, proqramlar işlənib, hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş, hazırda da həmin istiqamətdə işlər davam etdirilir.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
2011-ci ilin avqust ayının 26-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Sahibkarlığa kömək Milli Fondunun dəstəyi ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinə dair tədbir keçirilmişdir. Sahibkarlığa Kömək Mili Fondu tərəfindən Daşkəsən rayonundan olan sahibkarlara 17 layihə üzrə 211 min manat güzəştli kredit verilmişdir.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə Dövlət tərəfindən hər hektar əkin sahəsinə 40 manat hesabı ilə 2011-ci ilin yaz mövsümündə aparılmış əkinlərlə bağlı rayon üzrə 78 nəfərə 1043,4ha əkin üçün 41736 manat məbləğində yardım edilmişdir.
İstifadə olunmayan əkinə yararlı torpaqlardan 88 hektarı əkin dövriyyəsinə cəlb olunmuşdur.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə isə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarında 90 ton kartof, 200 ton taxıl toxumu istehsal edilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2011-ci il ərzində 332 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 233 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 30 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 27 baş buzov alınmışdır. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2011-ci il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. 2011-ci ildə arıçılığın inkişafı üzrə Kənd Təsərrüfatı Nazirliyinin və beynəlxalq səviyyəli mütəxəssislərin iştirakı ilə tədbir keçirilmişdir.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayon sahibkarları vaxtaşırı olaraq pendir, kartof, kələm və bal məhsulları ilə iştirak etmişlər.
Torpaq islahatı zamanı rayon üzrə istifadə edilən 77.304 hektar torpaq sahələri tam dəqiqləşdirilərək 3 mülkiyyət formasına ayrılmış və aşağıdakı kimi müəyyənləşdirilmişdir.

Dövlət mülkiyyətində - 35.859 ha
Bələdiyyə mülkiyyətində - 28.781 ha
Xüsusi mülkiyyətdə - 12.664 ha

Torpaqların hərrac vasitəsilə vətəndaşlara verilməsi üçün rayonda komissiya yaradılmışdır.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur.
129 saylı, 06.02.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunmuşdur.
Məktubda Daşkəsən rayonun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonun ərazisindən digər rayonların istiafdəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayonun özünün istifadəsinə qaytarılması məsələsinə baxılıb həll edilməsi üçün müvafiq göstəriş verməyi xahiş olunmuşdur.
Rayon ərazisində Aqrar sahə üzrə olan mövcud problemlərin həll edilməsi üçün rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar Məsələlər üzrə şöbəsi tədbirlər planı işləyib hazırlayaraq onun həyata keçirilməsini və yerinə yetirilməsini təmin etməlidir.
Daha sonra İcra Başçısı qeyd etmişdir ki, respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.
2011-ci ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 937 ailədən qanuna müvafiq olaraq 827 aztəminatlı ailəyə (3419 nəfər ailə üzvünə) ünvanlı Dövlət sosial yardımı ödənilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edənlərə aidiyyəti üzrə təlimatların daha ətraflı, anlaşıqlı şəkildə izah edilməsinə, bu sahə üzrə yerlərdə əlavə, daha geniş maarifləndirmə işlərinin aparılmasına, ərizə və şikayətlərin yerlərdə araşdırılmasına ehtiyac vardır.
Ümumilikdə hesabat ilində aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində xeyli işlər görülmüşdür.
Belə ki, pensiya və müavinətlərin bankomatlarla verilməsi üçün Daşkəsən şəhərində bankomatlar quraşdırılmış, hazırda 7564 pensiya müavinət alanların hamısının ödənişləri həmin bankomatlardan alınır.
Bu sahədə mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə bəzi yaşayış məntəqələrində də bankomatların quraşdırılmasına ehtiyac vardır.
Yuxarıda qeyd edilən kateqoriyalardan olan vətəndaşlara Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına nəğd pul və ərzaq yardımları edilmişdir.
Rayonda boş iş yerləri haqqında məlumatların toplanılması, işləməyən vətəndaşların uçotunun aparılması, əhalinin işlə təmin edilməsi və əmək yarmarkalarının keçirilməsi rayon Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir. 2011-ci ildə Məşğulluq Mərkəzinə 282 nəfər işaxtaran vətəndaş müraciət etmiş, hal-hazırda 186 boş iş yeri vardır.
Qeyd etmək lazımdır ki, bəzi idarə, müəssisə və təşkilatlar boş iş yerləri haqqında mərkəzə vaxtında məlumat vermir, mərkəzin göstərişi olmadan işə qəbul hallarına yol verirlər. Mərkəzin rəhbərliyi həyata keçirilən tədbirlərlə kifayətlənməməli bu cür hallara qarşı vaxtında lazımi tədbirlər görməlidir.
2011-ci ildə əhaliyə xidmət göstərən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində bir sıra işlər görülmüşdür. Bir çox ticarət obyektləri müasir formada yenidən qurulmuş, yeni ticarət obyektləri, yeni məişət kompleksi yaradılmışdır.
Bəzi marşurutlar qismən yeni nəqliyyat vasitələrilə təmin olunmuşdur. Lakin, hələ də bəzi nəqliyyat marşurutlarında köhnə, istismara yararsız nəqliyyat vasitələri mövcuddur.
Müvafiq strukturların rəhbərləri yuxarıda göstərilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
2011-ci il ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.
Y/Daşkəsən EATS (TELESSİS tipli) yenisi ilə (KAREL tipli) əvəz olunmuş, 32 nömrə artım edilərək 25 nömrə əhalinin istifadəsinə verilmişdir. Telekommunikasiya qovşağında 35 ədəd yeni rabitə dirəyi basdırılmış, 2,65 km müxtəlif markalı yeni kabel xətti çəkilmişdir.
Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan ATS-lər rekonstruksiya edilərək 2010-cu ildə müasir tipli EATS-lərlə əvəz edilmişdir.
2011-ci ildə Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi möhkəmləndirilmiş, Qovşağa yeni rəis təyin olunmuşdur.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün şəraitin yaradılmasına ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Nazirlər kabinetinin iclasında qeyd etmişdir ki, bu ildə sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır. Gəncədə yeni alüminum zavodu işə başlayacaqdır. Bu böyük hadisədir. Metellurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik.
2011-ci il ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirmişdir.
Çovdar qızıl yatağının istismarı üzrə hazırlıq işləri görülür. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
Rayon ərazisində qranit məhsulu istehsalına başlanılması üzrə də hazırlıq işləri görülür.
2011-ci il ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 804,8 min manatlıq iş görülmüşdür.
Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunmuşdur.
Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
2011-ci il ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, EVX-nin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür.
Belə ki, 15 ədəd y/stansiya və 31 transformator təmir edilmiş, 76 ədəd dayaq dəyişdirilmiş, 17,7 km EVX-də təmir işləri aparılmış, 900 kq müxtəlif markalı zədələnmiş naqil yenisi ilə əvəz olunmuş, 2882 m kabel çəkilmiş və transformatorlara 654kq transformator yağı əlavə olunmuşdur. 269 ədəd yeni sayğac quraşdırılmış, 100 ədəd qüsurlu sayğac dəyişdirilmişdir.
«Alunit» İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirə bilən yeni yarımstansiyanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Lakin təəssüf ki, sifarişçi və icraçı qurum olan «Azərenerji» ASC bu sahədə indiyədək heç bir iş görməmişdir.
Həmin məsələnin həlli üzrə Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yeni yarımstansiyanın tikintisinə 1200 min manat vəsait ayrılmışdır.
Hesabat ilində əhali qrupuna 6,8 milyon kvt.saat elektrik enerjisi verilmiş, dəyəri 101,6% (2010-cu ildə 87,5%), ümumi ödəmə isə 89,1 % (2010-cu ildə 72,1 %) ödənilmişdir.
Qaz İstismar sahəsi tərəfindən 2011-ci ildə bir sıra tədbirlər, təmir-bərpa işləri həyata keçirilmişdir. Deyilənlərin nəticəsidir ki, bu sahə üzrə 2011-ci ildə ödəmə 100,5 % yerinə yetirilmişdir.
Rayonda əhalinin qazla təmin olunmasında, dəyərinin ödənilməsində və mövcud problemlərin, təhlükəsizlik məsələlərinin həll olunmasında idarə rəhbərliyi məsuliyyətini artırmalıdır.
Rayonun istilik qazanxanalarında təmir işləri aparılmış, 2011-ci ildə Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsi tərəfindən nəzərdə tutulmuş obyektlər İstiliklə təmin olunmuşdur.
2011-ci il ərzində Daşkəsən Sukanal idarəsi tərəfindən də xeyli iş görülmüşdür.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar işlənib hazırlanaraq aidiyyəti üzrə vaxtında təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq işlər davam etdirilir. Bu mühüm tədbirin nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
2011-ci ilin 01 fevral tarixinə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli Fərmanı olmuşdur. Daşkəsən rayonunda əhali üzrə 1500 –dən artıq abonentin 192 min manat borcu silinmişdir.
Qaratağlar, Şahvələdli, Almalı, Çaykənd kənd ümumi orta, Zəylik, Qabaqtəpə, Təzəkənd, Güneykənd və Xoşbulaq kənd tam orta məktəb binaları cari,Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi, 2 və 5 nömrəli körpələr evi və uşaq bağçaları əsaslı təmir edilmişdir.
2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərində 274 nəfər şagird təhsil almışdır. Tədris fənləri üzrə müsbət qiymətlər aldıqları üçün 272 şagird buraxılış imtahanlarında iştirak etmişdir. Buraxılış imtahanlarından müsbət yekun qiymətlər aldıqları üçün 193 nəfər şagird orta məktəbi müvəffəqiyyətlə başa vurub orta təhsil haqqında attestat almışdır. Onlardan 97 nəfəri ali təhsil almaq üçün sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermiş, 32 nəfər Respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur.
2010-2011-ci tədris ilində isə rayon üzrə pedaqoji kadrlara olan ehtiyac 53 nəfər olmuş və bu barədə Təhsil Nazirliyinə sifariş verilmişdir. Lakin Təhsil Nazirliyinin razılığı ilə rayona cəmi 18 nəfər müəllim gəlmişdir.
2011-2012-ci tədris ilində rayon ərazisindən 157 nəfər şagird azalmışdır. Həmin səbəbdən məktəblərdə 10 sinif komplekti bağlanmışdır.
2011-ci ilin IV rübündə Texniki və Uşaq Yaradıcılıq Mərkəzlərində, Uşaq, Gənclər, Şahmat və İdman məktəblərində Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticələrinə görə 75 nəfər ixtisar olunmuşdur. Bu da ki, rayonda işsizlik səviyyəsinin artmasına səbəb olmuşdur.
Təhsil sahəsində bütün mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir.
İcra Başçısı rayonda səhiyyə ilə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq qeyd etdi ki, 2011-ci ildə rayon əhalisinə, 110 çarpayılıq 3 xəstəxana,5 həkim ambulatoriyası,23 tibb məntəqəsi və 1 qadın məsləhətxanası xidmət göstərmişdir.
2011-ci ildə 10 nəfərdə virus hepatiti, 38 nəfərdə kəskin mədə-bağırsaq pozğunluğu, 18 nəfərdə vərəm xəstəliyi, 1 nəfərdə isə brusilyoz yolxucu xəstəliklər qeydə alınmış və müalicəyə cəlb olunmuşlar.
Bu göstəricilər respublika göstəricisindən aşağıdır.
2011-ci il ərzində Xoşbulaq həkim məntəqəsində, Qabaqtəpə kənd xəstəxanasında və Əmirvar-Əhmədli tibb məntəqəsində əsaslı, Quşçu həkim məntəqəsində və Dəstəfur kənd xəstəxanasında cari təmir işləri aparılmışdır. 80 çarpayılıq Daşkəsən Rayon Mərkəzi Xəstəxana binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Səhiyyə sahəsində kadr çatışmazlığı, xəstəxanaların, feldşer-mama məntəqələrinin lazımi avadanlıqlarla təhciz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan problemlərdəndir. Mərkəzi rayon xəstəxananın rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməlidir.
Məruzəçi rayondakı mövcud vəziyyətlə bağlı rayona investorların cəlb olunması üçün əlverişli şərait yaradılması, yerli resusları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar təklif və fikirlərini bildirmişdir.
2011-ci ildə rayon əhalisinə 114 mədəni maarif müəssisəsi xidmət göstərmişdir. Fəaliyyət göstərən mədəniyyət evlərinin, klublarının, kitabxanaların mövcüd vəziyyətləri təhlil edilmiş və 59 kənd, qəsəbə kitabxanalarının 19-u qəza vəziyyətində olan binalarda yerləşir. Uşaq kitabxanası və xidmət şöbəsi uyğunlaşdırılmış binada yerləşir. Tarixi abidənin qorunması sahəsində müvafiq işlər davam etdirilir.
2011-ci il ərzində Xoşbulaq yaylaq klub və kitabxana, Quşçu kənd mədəniyyət evi və kitabxana binalarında əsaslı təmir işləri aparılmışdır.
Eyni zamanda 2011-ci ildə rayonda çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi, obyektlərin yeni lazımi inventarlarla təmin olunması sahəsində bir çox problemlər vardır.
Natiq gənclərin rayonun ictimai-siyasi həyatında gördüyü işlərdən də bəhs etmişdir. Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 12620 gəncin iştirak etdiyi 88 tədbir həyata keçirilmişdir.
Rayon gənclərinin qarşılaşdığı bir sıra problemlər, mövcud çətinliklər, həllini tələb edən işlər, bir sıra məsələlər həll edilmişdir. Gənclərin həyatında qarşıya qoyulan vəzifələrin öz əksini dolğun tapması üçün rayon Gənclər, İdman İdarəsinin, rayon Hərbi komissarlığının, Təhsil şöbəsinin, Mədəniyyət və Turizm şöbəsinin məqsədyönlü, səmərəli fəaliyyətləri, işə yaradıcı münasibətinin birliyi təşkil edilmişdir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində rayonumuzda xeyli işlər görülmüşdür. Belə ki, gənclərdə vətənpərvərlik hissləri aşılayan bədii ədəbiyyatların müzakirəsi, oxusunun təşkili, görkəmli Azərbaycan sərkərdələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərənlərin gənclər arasında təbliği, onlarda mənəvi-əxlaqi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, aktual məsələlər üzrə dəyirmi masaların təşkili, mədəni-kütləvi tədbirlərin keçirilməsi məhz bu məqsədə xidmət etmişdir. Hər il gənclərin ordu sıralarına yola salınması yadda qalan tədbirlərlə zəngin olmuşdur.
Daşkəsən rayonu ərazisində 4 siyasi partiya, 14 qeyri hökumət təşkilatı və 1 dini icma qrumu qeydiyyatdan keçmişdir.
Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və qeyri hökumət təşkilatı ilə işlər mütəmadi qaydada aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir. Siyasi partiyalar və qeyri hökumət təşkilatlar tərəfindən heç bir piket, mitinq və yürüş keçirilməmişdir.
2011-ci ildə Daşkəsən rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzetinin 11 sayı buraxılmışdır. Rayonda ictimai-siyasi işin təşkilində «Daşkəsən» qəzetinin imkanlarından istifadə edilmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 13822,68 manat məbləğində vəsait ödənilmişdir.
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində rayon Hərbi Komissarlığı 2011-ci il ərzində 238 nəfər gənci ordu sıralarına yola salmışdır. Beləliklə rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şahin” hərbi idman oyunu üzrə yarışlar, məktəblilərlə müharibə veteranlarının görüşləri, şagirdlər arasında inşa yazıları, rəsm müsabiqələri, anma mərasimləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə müxtəlif tədbirlər keçirilmişdir.
İcra Başçısı rayonun Hüquq Mühafizə orqanlarının hesabat dövrü ərzində gördüyü işlərə dair tədbir iştirakçılarını məlumatlandıraraq demişdir :
- Rayonda ictimai asayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
2011-ci ildə rayon ərazisində cəmi 77 cinayət hadisəsi (2010-cu ildə 49 cinayət hadisəsi) qeydə alınmışdır. Cinayət hadisəsinin açılması 94,1% yerinə yetirilmişdir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hesabat ilində rayon ərazisinin müxtəlif yerlərindən ümumi çəkisi 4,036 ton olan təbii şəraitdə bitmiş çətənə kolları aşkar edilib, yığılaraq qanunamüvafiq qaydada məhv edilmişdir.
2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmişdir.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmişdir. Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında Dövlət Başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəltmişdir. Həmin iclasda cənab İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsasız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir.
Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq , mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zanamı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs etmiş, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasını zəruriliyini vurğulamışdır.
Korrupsiya ilə əlaqədar Daşkəsən rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların aidiyyəti üzrə icrası daimi nəzarətdə saxlanılacaq, rayon İcra Hakimiyyəti yuxarıda qeyd edilən neqativ hallara qarşı mübarizədə barışmaz, qətiyyətli mövqe tutacaqdır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2011-ci il ərzində rayon İcra Hakimiyyətinə 1046 yazılı müraciət daxil olmuşdur. O cümlədən 246 (keçən ilə nisbətən 22 müraciət az) ərizə Respublika Prezidentinin Administrasiyasından və 31 (keçən ilə nisbətən 37 müraciət az) ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur. Ərizə və şikayətləri doğuran səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.
2011-ci il ərzində işdə yol verdiyi bu və digər nöqsanlara görə rayon İcra Hakimiyyəti Başçısının 2 inzibati ərazi üzrə nümayəndəsi tutduqları vəzifədən azad olunmuş, 2-nə isə intizam tənbehi edilmişdir.
Başçı vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasına dair ətraflı məlumatında bildirmişdir ki, 2011-ci il ərzində 44 səyyari qəbul keçirilmiş, 2403 nəfər iştirak etmiş, 294 müraciət olunmuşdur. Səyyari qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Yerlərdə vətəndaşların qəbulunun yüksək səviyyədə təşkili, mövcud problemlərin operativ həll edilməsi, maarifləndirmə, izahat işlərinin genişləndirilməsi üzrə İƏÜ nümayəndələrə tapşırıqlar verilmişdir.
Rayonun sosial-iqtisadi göstəriciləri, səyyari qəbullar, səlnamə barədə obyektiv məlumatların və aidiyyəti üzrə digər məlumatların müəyyən edilmiş forma və qrafikə uyğun olaraq RİAİS sisteminə ötürülməsi təmin olunmuşdur.
Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
2011-ci ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 3495 nəfər iştirak etmiş, 167 nəfər çıxış etmişdir. Cəmi 114 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımı tapşırıqlar verilmişdir.
Ərazilərdə keçirilən hesabat yığıncaqlarında söylənilən fikirlərin, təklif və tənqidi qeydlərin, qaldırılan problemlərin təhlilindən belə nəticəyə gəlmək olur ki, son bir ildə rayonda aparılan iri miqyaslı tikinti və abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı əhali tərəfindən razılıqla qarşılanmışdır.
Hesabat ilində kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması sahəsində müəyyən işlər görülmüşdür.
Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmışdır.
“Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında 3 nəfər təhsil alır.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Yanvarın 16-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir ki, 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm.
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Geniş və maraqlı məruzədən sonra çıxışlar başlandı.Məruzə ətrafında rayon Prokuroru İlqar Əliyev, RİHB-nın şəhər İƏÜS-si Nüsrət Vəliyev, DSMF rayon şöbəsinin müdiri Mahir İsayev, Tayon Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Üfət Abdıyeva çıxış etmiş, Rayon İcra Hakimiyyətinin Başçısının 1 illik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak və çıxış etmişdir.
Sonda ölkə başçısı canab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər