Daşkəsəndə I rübün uğurlu yekunları müzakirə olundu
“Bizi qarşıda Yeni Daşkəsən layihəsinin həyata keçirilməsi kimi böyük işlər gözləyir.”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev
20 aprel 2012-ci il tarixdə Daşkəsən rayonunda 2012-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Yığıncağı giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açmışdır.
Məruzəçi nitqində möhtərəm Prezidentimizin bu fikrini dönə-dönə vurğulayaraq qeyd etmişdir: “ ...İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir.
Ölkəmizdə yaradılan həm orta, həm kiçik, həm iri müəssisələr bu yeni reallıqları təmin edir. Beləliklə, demək olar ki, artıq sənayeləşmə siyasətinin gözəl nəticələri vardır. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra bizim qeyri-neft sənayemizin inkişafına daha da böyük töhfə verəcəkdir.”
Sonra natiq çıxışında vurğulamışdır ki, 2012-ci ilin I rübü Daşkəsən rayonunda da sosial-iqtisadi inkişafın artım tempi ilə müşaiyət olunmaqdadır. Belə ki, 2012-ci ilin birinci rübü ərzində Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür. Ümumi məhsul buraxılışı 10 022 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,4% çoxdur. O cümlədən, göstəricilər kənd təsərrüfatı üzrə 28,4%, nəqliyyat üzrə 6%, rabitə üzrə 2,5%, ictimai-iaşə xidmətləri üzrə 7,3% çox olmuşdur.
2012-ci ilin birinci rübü ərzində sənaye müəssisələrinin işçilərinin orta sayı 571 nəfərə çatmışdır.Bir işçiyə düşən orta aylıq əmək haqqı 335,5 manat təşkil etmişdir. Rüb ərzində Daşkəsən rayonunda əhalinin sayı 01.04.2012-ci il tarixə 33255 nəfər olmuş, əhali 39 nəfər artmışdır.
2012-ci ilin birinci rübü ərzində rayonda 156 aztəminatlı ailəyə (652 ailə üzvünə) ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Həmin dövrdə rayonda 72 iş yeri yaradılmışdır.
2012-ci ilin birinci rübü ərzində istifadə olunmuş elektrik enercisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 97,4 % təşkil etmişdir. Keçən ilin birinci rübündə bu göstərici 91,4 % təşkil etmişdir.
Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 78,42 %, 72,1% olmuşdur.
2012-ci ilin birinci rüb ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, EVX-nin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür. Belə ki, 5 ədəd transformator təmir edilmiş, 2 ədəd dayaq dəyişdirilmiş, 17 ədəd əyilmiş dayaq düzəldilmiş 1,2 km EVX-də təmir işləri aparılmış, 250 m AC-50 markalı zədələnmiş naqil yenisi ilə əvəz olunmuş, 243 m kabel çəkilmiş və transformatorlara 1100kq transformator yağı əlavə olunmuşdur. «Alunit» İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti işlərinə başlanmışdır.
Daha sonra İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, Qaz İstismar Sahəsi üzrə 2011-ci ilin birinci rübü ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 93,4 %, ümumi ödəmə üzrə isə 89,2%, 2012-ci ilin birinci rübündə isə bu göstəricilər 103% və 93,2 % təşkil etmişdir. 2012-ci ilin birinci rübü ərzində rayon Qaz İstismar sahəsi tərəfindən bir sıra təmir-bərpa işləri görülmüşdür. Qış dövründə havaların çox sərt, soyuq, şaxtalı keçməsinə baxmayaraq əhaliyə fasiləsiz elektrik enercisinin, təbii qazın verilməsi əsasən təmin olunmuşdur. Daşkəsən rayon Birləşmiş Qazanxanalar və İstilik şəbəkələri sahəsi də birinci rübü ərzində xidmət etdiyi sahələri istiliklə təmin etmişdir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2011-ci ilin birinci rübü ərzində əhaliyə verilən suyun dəyərinin ödənilməsi 44,3 %, 2012-ci ilin birinci rübü ərzində isə 54,3 % olmuşdur.
2012-ci ilin birinci rübü ərzində Daşkəsən Sukanal idarəsi tərəfindən 12 p/m müxtəlif diametrli su borusu cari təmir edilmiş və 2 ədəd 50mm-lik siyirtmə dəyişdirilərək yenisi ilə əvəz olunmuş, 925 ədəd sayğac quraşdırılmışdır. İdarəyə 1 ədəd yeni səyyari qaynaq aparatı alınmışdır.
Hazırda şəhər əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması üzrə işlər aparılır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Məruzəçi çıxışında qeyd etmişdir ki, yol iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir. 2012-ci ilin birinci rübü ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 194,5 min manatlıq iş görülmüşdür. Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunmuşdur.
Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat ayrılmışdır.Bu ölkə başçısı Cənab Prezidentimizin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Bu diqqət və qayğı bizi öz işimizdə daha yaxşı işləməyə, təşəbbüskar olmağa ruhlandırır.
2012-ci ilin birinci rübü ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.Mərkəzi EATS-də geniş zolaqlı internet xidməti üçün ADSL və FOM avadanlığı quraşdırılmış və kanalların tutumu 153 port artırılaraq əhalinin istifadəsinə verilmişdir. Yuxarı Daşkəsən EATS-də 32 nömrə artım edilərək istifadəyə verilmişdir. Telekommunikasiya qovşağında 3 ədəd yeni rabitə dirəyi basdırılmış, 35 ədəd əyilmiş rabitə dirəyi düzəldilmiş, 500m yeni kabel xətti çəkilmişdir. Gəncə-Daşkəsən arası 40km Fibro Optik Kabeli çəkilməsi üçün cizgi sxemi hazırlanaraq «Aztelekom» İstehsalat Birliyinə təqdim olunmuşdur. Əhatə edəcəyi ərazidə əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə Daşkəsən qəsəbəsi ərazisində yeni «Bakcell» telefon ötürücüsü quraşdırılır. Yaxın gələcəkdə Telekommunikasiya qovşağı üzrə rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni avadanlıqların tətbiqi nəzərdə tutulur.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsrrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. 2012-ci ilin məhsulu üçün 754 hektar sahədə taxıl səpini aparılmışdır.Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 6 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə, Qaraqollar kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2012-ci ilin I rübü ərzində 52 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 75 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir. Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 2009-2010-cu illər ərzində 30 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 42 baş buzov alınmışdır. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür. “Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2012-ci ilin I rübü ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. Ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə geniş, irimiqyaslı tədbirlər eyni zamanda turizm və atçılığın inkişafı üzrə həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qurumlara müraciətlər olunmuş, təkliflər irəli sürülmüşdür. Möhtərəm Cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir.
Naitq nitqinə davam edərək qeyd etmişdir ki, cari ilin birinci rübü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və Rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür. Şəhərin girəcəyindəki dairədə və şəhərin küçələrindəki istinad divarlarının təmir-bərpası üzrə işlər davam etdirilir.Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hazırda bu sahədə hazırlıq işləri aparılır. Yaşayış məntəqələrində abadlıq işlərinin görülməsi, səliqə-səhman yaradılması üzrə tədbir görülür, vaxtaşırı olaraq iməciliklər keçirilir.Mövcud problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması məqsədilə yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları və sakinlərlə görüşlər keçirilir.
2012-ci ilin birinci rübü ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirmişdir. Çovdar qızıl yatağının istismarı üzrə işlər görülür. Həmin işlərin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır. Daşkəsən rayonunda gənclər üçün təlim və istirahət mərkəzinin tikintisinə başlanılmış və hazırda nəzərdə tutulan işlər davam etdirilir.
İcra Başçısı bildirmişdir ki, ölkəmizin hər yerində olduğu kimi möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində iqtisadi kapital insan kapitalına çevrilməkdədir. Bu mənada Daşkəsən rayonuna xüsusi diqqət və qayğı vardır. Cari ildə Daşkəsən rayonu üzrə 9 məktəb, 2 uşaq bağçasının tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur. Hazırda 2 məktəbin tikintisi davam etdirilir. Quytul, Muşavaq və Çıraqlı kəndlərində yeni məktəb binalarının tikintisi üçün torpaq sahəsi ayrılmış və müvafiq işlər aparılır. Eyni zamanda Quşçu kəndində 360 şagird yerlik məktəb binasının tikintisi və Daşkəsən şəhərində 5 saylı uşaq bağçasının əsaslı təmiri üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə sərəncam verilmişdir.
Cari ilin birinci rübündə rayonda əlamətdar tarixi hadisələrlə bağlı bir sıra mədəni – kütləvi tədbirlər həyata keçirilmişdir. Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində nəzərdə tutulmuşdur.
Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə nəzərdə tutulan görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri üçün 2 ədəd 4 mərtəbəli,16 mənzilli yaşayış binalarının tikintisi 2012-ci ildə nəzərdə tutulmuşdur.
«Azərsu» Səhmdar Cəmiyyəti «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi məlumata əsasən Daşkəsən rayonu üzrə aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulduğu bildirilmişdir.
- Kəndlərin su təchizatının yaxşılaşdırılması (Quşçu, Quşçu qəsəbə, Quşçu körpü, Bayan, Yuxarı Daşkəsən, Alunitdağ qəsəbəsi) (2012-2013-cü illər)
- Uzunluğu 22km olan Xoşbulaq-Daşkəsən içməli su kəmərinin yenidən qurulması (2012-2013-cü illər)
- Əmirvar, Qazaxlı, Gurbulaq, Zəylik, Muşavaq, Kəmərqaya, Aşağı Daşkəsən, Zinzahal, Dəstəfur, Qıyıqlı, Qaraqollar, Alaxançallar, Zağalı, Xoşbulaq, Qazaxyolçular, Çıraqlı, Mollahəsənli, Qabaqtəpə, Rəsullu, Pirverdilər, Təzəkənd və Astaf kəndlərinin su təchizatının bərpa olunması (2012-2013-cü illər)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2013-cü ildə Daşkəsən rayonunda aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.
- Yuxarı Daşkəsən qəsəbəsində həkim, Zağalı, Əhmədli, Zivlən, Çanaqçı və Çıraqlı kəndlərində tibb məntəqələrinin tikintisi.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən
- Gənclər evinin (2012-2013-cü illər) və idman zalının tikintisi (2013-cü il) nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda tikintisi və təmir-bərpası nəzərdə tutulan mədəniyyət obyektləri aşağıdakılardır:
- Daşkəsən şəhərində Rəsm Qalereyası və Mərkəzi kitabxana binalarının tikintisi, Uşaq İncəsənət məktəbi, Tarixdiyarşünaslıq Muzeyi binalarının əsaslı təmiri və Quşçu kəndindəki monastrın bərpası (2013-cü il).
- Qabaqtəpə, Dəstəfur, Bayan kəndlərindəki Alban Məbədləriinin bərpası və rayonun bir sıra kənd kitabxana binalarının təmir-tikintisinə isə 2014-cü ildə başlanılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası «Azərenerci» ASC-nin verdiyi məlumata əsasən Daşkəsən rayonu ərazisində 6-10 kV-luq elektrik verilişi xətlərinin, 6-10/0,4 kV-luq transformator məntəqələrinin yenidənqurulmasını və 0,4 kV-luq hava xətlərini özüdaşıyan izolyasiyalı naqillə (SİP) əvəz olunması 2012-2013-cü illərdə nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin verdiyi məlumata əsasən uzunluğu 31 kilometr olan yerli əhəmiyyətli R-20 (36 km Daşkəsən) –Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri 2012-ci ildə Azərbaycan Respublikasının regionlarında bəzi kəndlərarası avtomobil yollarının bərpası üzrə Proqrama daxil edilmişdir.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi «Azəriqaz» QSC «Təbii qazın qəbulu və satışı» MMC-nın verdiyi məlumata əsasən «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Daşkəsən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması üzrə texniki iqtisadi hesabat hazırlanmışdır. Daşkəsən rayonu üzrə təbii qazın ödənişindən daxil olan vəsaitin həcmi «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən hazırlanmış texniki iqtisadi hesabata uyğun işlərin icrasına imkan vermədiyinə görə maliyyə mənbəyinin həllindən asılı olaraq növbəti illər ərzində «Təbii qazın qəbulu və satışı» MMC tərəfindən işlərin mərhələlərlə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Daşkəsən rayonu üzrə nəzərdə tutulmuş 4.3.4.52 sıra nömrəsi üzrə aidiyyəti sahələrdə inkişaf strategiyası istiqamətində layihə təklifləri barədə məlumatları (texniki göstəriciləri nəzərə almaqla) Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsi xahiş olunmuş və sahələr üzrə müvafiq layihə tədbirlərinin hazırlanmasında Ərazi Kənd Təsərrüfatı idarəsinin səlahiyyətli nümayəndələrinin cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir.
Qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da sürətləndirilməsi üçün eyni zamanda rayon ərazisində bütün mövcud problemlərin həlli məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə bir daha müraciətlər olunmuş, aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlanılmaqla məsələlərin həlli daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 16-da Prezident Sarayında Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın yekun nitqində qeyd etmişdir: “O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik... Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik”.
Prezidentimizin rəhbərliyi və müdrikliyi sayəsində biz daşkəsənlilər də gələcəyə inamla, ümidlə baxır, qarşıya qoyulan vəzifələrin ardıcıl , uğurla yerinə yetirilməsinə qəlbən inanır və sevinirik.Bizi qarşıda Yeni Daşkəsən layihəsinin həyata keçirilməsi kimi böyük işlər gözləyir. Bu layihənin uğurla icrası üçün bir çox nazirliklərin müsbət fikir və rəylərini almışıq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasını əmin edirəm ki, qarşıda duran bütün vəzifələrin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi bütün göstəriş və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvələri səfərbərliyə alaraq əlimizdən gələni əsirgəməyəcəyik.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının cari ilin I rübünün yekunları ilə bağlı məruzəsi diqqətlə dinlənildi. Müzakirələr çox işgüzar şəraitdə keçirildi.Belə ki, həlli vacib olan məsələlərə İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev operativ olaraq aidiyyəti üzrə qurumlara tapşırıqlarını, tövsiyələrini verdi. Aidiyyəti Nazirliklər və Komitələr qarşısında məsələ qaldırılmasını tapşırdı.
Məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, 22 saylı Yol İstismar idarəsinin rəisi Nəriman Süleymanov çıxış etmişlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasınnı Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.